İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında iki gəminin ələ keçirildiyi əməliyyatların görüntülərini yayımlayıb. 

Görüntülərdə ağır silahlanmış əsgərlərin gəmilərə qayıqlarla mindiyi görünür. 

İran İnqilab Keşikçiləri Korpusundan verilən məlumatda Hörmüz boğazında Liberiya bayrağı altındakı konteyner gəmisinə və Panama bayrağı altındakı gəminin saxlandığı bildirilib.

Bəyanatda Hörmüz boğazının təhlükəsizliyinin pozulmasının İranın "qırmızı xətti" olduğu qeyd edilib.

"AzPolitika.info"