Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, xidmətdən daxil olan və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlar əsasında Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin idarə və şöbələrin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin hərbi təlim toplanışlarına cəlb edilməkdən yayındırılması, hərbi xidmətdən möhlət hüququnun verilməsi, ölkədən çıxışına məhdudiyyət tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Xidmətin Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Taleh İsmayılov, Xidmətin Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, həmin Şöbənin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimli, Xidmətin Cəbrayıl rayon şöbəsinin rəis müavini - səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi Niyam Mədətsoylu, Xidmətin Qaradağ rayon idarəsinin səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin zabitləri Etibar Əliyev və Şamil Alıyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.1, 311.3.2, 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alınması) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı Hərbi Məhkəməsinin qərarları ilə barələrində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
***
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin prokurorluq tərəfindən keçirilən əməliyyatla saxlanılan əməkdaşları hakim qarşısına çıxarılıblar.
Qərara əsasən təqsirləndirilən şəxslərin hər biri - Araz Kərimli, Niyam Mədətsoylu, Etibar Əliyev, Şamil Alıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatıelasaq ki, onlar Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (mütəşəkkil dəatə tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

***
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirilib. Əvvəlcə Qaradağ və Cəbrayıl rayon şöbələrində, sonra isə Saatlı və Ağdaş rayon şöbələrində də əməliyyatlar keçirilib.
"AzPolitika" xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.
Əməliyyat nəticəsində ittiham verilən bəzi şəxslərin adları da məlum olub.
Belə ki, yayılan məlumata görə, bunlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədətsoyludur. Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir.
Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələrilə cinayət məsuliyyətinə cəlb ediliblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir neçə rayon şöbəsində də əməliyyat keçirildiyi bildirilir.
"AzPolitika.info"

Şərhlər
Şəkini yaddan çıxarmayın !
Rüşvət verən də, rüşvət alanda məsuliyyətə cəlb olunmalıdır. Hər ikisi məzuliyyət daşıyır. Ona görə də rüşvət verənı də cəzalandırmaq lazimdır.Belə olanda rüşvətin qabağı az da olsa alınar.
Sumqayit İB yaddan cixib )
Milyonları talayanlar kefdə damaqda, qəpik quruş alanları tutub zindana göndərirlər. Güya ki ölkədə korrupsiyaya qarşı mübarizə aparırlar. Bunlar kimin gözünə kül üfürürlər?
ELƏ BİR MƏMUR, DEPUTAT, İCRA BAŞÇISI, GÖSTƏRİN Kİ DÖVLƏTƏ, XALQINA SADİQDİR. O AİLƏSİNƏ YOX DÖVLƏTİNƏ XİDMƏT EDİR.
Boşuna əməliyyatlar keçirilir.
Niyə rüşvət verən (axı o da cinayətin iştirakçısıdır ) cəzasız qalır.Bax,əsas məsələ bu qanun niyə yarı tətbiq edilir.