Məlum olduğu kimi, son günlər ABŞ İrana qarşı müharibədə ona dəstək verməkdən qəti imtina edən İspaniyanın cəzalandırılacağına dair bəyanatlar verir. Hətta bu ölkənin NATO-dakı fəaliyətinin dayandırılması barədə iddialar irəli sürülür.
“AzPolitika” xəbər verir ki, “Reuters”-in məlumatrına görə, NATO quruma üzv dövlətlərin ittifaqda fəaliyyətinin dayandırılması və ya təşkilatdan xaric edilməsi üçün heç bir müddənın olmadığını bildirib.
İspaniyanın Baş naziri Pedro Sançes də bu cür iddiaları təkzib edib.
Pentaqon sözçüsü Kinqsli Uilson “BBC News”-a deyib ki, ABŞ NATO müttəfiqləri üçün etdiyi bütün işlərə baxmayaraq, "onlar bizim yanımızda olmadılar". Daha əvvəl “Reuters” agentliyi ABŞ rəsmisinə istinadla Pentaqonun daxili yazışmasında ABŞ-nin İrana qarşı kampaniyasını dəstəkləməyən müttəfiqləri cəzalandırmaq üçün tədbirlər təklif olunduğunu bildirib.
NATO sözçüsü isə “BBC”-yə deyib ki, alyansın təsis müqaviləsində "NATO üzvlüyünün dayandırılması və ya ölkənin qurumdan xaric edilməsi ilə bağlı heç bir müddəa yoxdur".
“AzPolitika.info”

Şərhlər