Menu

İranda İsrailin "Mossad" kəşfiyyatının agenti edam olunub

25.04.2026, 11:59
İranda İsrailin "Mossad" kəşfiyyatının agenti edam olunub

İranda İsrailin "Mossad" kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan ölkə vətəndaşı barəsində çıxarılmış ölüm hökmü icra edilib.

Bu barədə "Reuters" "Tasnim" agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, edam edilən Ərfan Kiani "Mossad"a işləməkdə, eləcə də bu il ölkədə keçirilən ümummilli etirazlar zamanı vandalizm və zorakılıq aktlarında iştirakda təqsirli bilinib.

İran hakimiyyətinin məlumatına görə, Kianinin İsfahanda yandırma, əmlakın dağıdılması və əhalini təşvişə salmaqda əli olub. O, həmçinin soyuq silahdan istifadədə ittiham olunur.

Məlumata görə, hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib. (report)

Şərhlər

ƏNHU 2026-04-25 23:28:07

Məkanı Cənnət olsun. ALLAH bütün günahlarını əfv etsin. Zalım əlində ölmək şəhid olmaq deməkdir. Adını nə qoyurlar qoysunlar bu adam kimdirsə hər halda xalqının azadlığı uğrunda cannortaua qoyub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol