Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Ermənistanın “Zvartnots” hava limanına enib.

"AzPolitika" xəbər verir ki, həmin təyyarə ilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.

Xatırladaq Kİ, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.

***

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə  Ermənistanın “Zvartnots” hava limanına enib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumata görə, təyyarədə Azərbaycan nümayəndə heyəti yer alıb.

"AzPolitika.info"