ABŞ tərəfindən İran limanlarının hərbi-dəniz blokadası Fars körfəzindəki problemləri daha da ağırlaşdıracaq.
"AzPolitika" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian yerli mediaya açıqlamasında bildirib.
O bildirib ki, ABŞ İran limanlarını dənizdən mühasirəyə almaqla məqsədlərinə çatmayacaq: "Dənizdən blokada və ya məhdudiyyətlər tətbiq etmək üçün hər hansı bir cəhd beynəlxalq hüquqa ziddir və uğursuzluğa məhkumdur. Bu cür tədbirlər "nəinki regional təhlükəsizliyi gücləndirmir, həm də əslində gərginlik mənbəyidir və körfəzdə sabitliyi pozur".
O əlavə edib ki, bu cür tədbirlər faktiki olaraq gərginlik mənbəyinə çevriləcək və Fars körfəzində uzunmüddətli sabitliyi sarsıdacaq.
ABŞ İranla müharibəni dayandıran atəşkəsdən bir neçə gün sonra, aprelin 13-də İran limanlarının və sahil xəttinin hərbi-dəniz blokadasını tətbiq edib.
"AzPolitika.info"

Şərhlər