İranın ali lideri Müctəba Xameneyi Fars körfəzi Milli Günü münasibətilə yayımladığı mesajda ABŞ-nin bölgədəki rolunu sərt tənqid edib və regionun gələcəyinin “Amerikasız” formalaşacağını bildirib.

Xameneyi qeyd edib ki, ABŞ-nin bölgədə həyata keçirdiyi siyasət uğursuzluğa düçar olub . Onun sözlərinə görə, bu səbəbdən Fars körfəzi və Hörmüz boğazı üçün yeni bir mərhələnin başlayıb.

O, həmçinin qeyd edib ki, ABŞ-nin və onun hərbi bazalarının regionda mövcudluğu qeyri-sabitlik amilidir, ABŞ hərbi obyektləri isə öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Vurğulanıb ki, Fars körfəzi regionunun gələcəyi kənar müdaxilə olmadan region ölkələrinin inkişafı ilə bağlı olmalıdır.

Ali liderin sözlərinə görə, İran Hörmüz boğazının idarə olunmasını təmin etmək, onun fəaliyyəti üçün yeni qaydalar müəyyən etmək və “düşmən qüvvələrin” bu strateji marşrutdan istifadəsinin qarşısını almaq niyyətindədir.

"AzPolitika.info"