Gəncədə metaləritmə müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Bildirilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır. Eyni zamanda elektrik təsərrüfatı qurğuları tələblərə uyğun quraşdırılmayıb və obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.
Qurumun məlumatına görə, obyektin ərazisində tikililərin və qurğuların yanğına qarşı ara məsafələri dəmir və yanar materiallar yığılmaqla pozulur və ümumilikdə obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Bu səbəbbdən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş metaləritmə müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Şərhlər
Müəsssisələr açıb ölkəni importdan asılılığını azalmaq.işsizliyi aradan qaldırılmasına yardım etmək əvəzinə müxtəlif bəhanələr tapıb (rüşvət qoparmaq üçün ) işlyənlərə də maneçilik göstərirlər.Bəs bu müəssisənin açılmasına icazə necə veriib?