Menu

Malatyada ağır yol qəzası - Ölənlər və yaralılar var + VİDEO

03.05.2026, 21:50
Malatyada ağır yol qəzası - Ölənlər və yaralılar var + VİDEO

Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda ağır yol qəzası baş verib.

"Haber Global" xəbər verir ki, qəza nəticəsində 4 nəfər həyatını itirib,15 nəfər isə yaralanıb.

Belə ki, axşam saatlarında hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları cəlb edilib.

Malatya valisi Seddar Yavuz bildirib ki, yol qəzası ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol