Menu

Rusiya Ukraynanın 1000-dən artıq hərbçisini əsir saxlayır

03.01.2015, 23:00
Rusiya Ukraynanın 1000-dən artıq hərbçisini əsir saxlayır

Hərbi əməliyyatlar zonasında könüllü olaraq çalışan tibbi personalın sərəncamında Yeysk, Taqanroq, Volgograd, Kursk, Sankt-Peterburq və Moskva şəhərlərində, eləcə də həbsxanada mindən çox ukraynalı hərbi əsirin olduğuna dair təkzibedilməz dəlillər var.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə "Cargo 200" layihəsinin koordinatoru, məşhur rus hüquq müdafiəçisi Yelena Vasilyeva bildirib.

Onun blogunda Rusiya xəstəxana və həbsxanalarında saxlanılan Ukrayna hərbçilərinə dair sənədlər dərc olunub.

"Bu hesabat sənədlərini Rostov-Donda polis mayoru Lobas müntəzəm olaraq tərtib edib, - Vasilyeva deyib və əlavə edib ki, əgər bu Ukrayna vətəndaşların öz ölkələrində güllə yarası alıblarsa, o zaman nəyə görə onlar Rusiyaya aparılıblar və RF istintaq komitəsinin nəyə görə hər biri üçün cinayət işi açılıb?"

Bununla yanaşı, Vasilyeva əsirlərin yaxınlarına tövsiyə edib ki, Rusiya həbsxanalarında saxlanılan əzizləri üçün Rusiya tərəfdən vəkil tutsunlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol