Menu

Hava şəraiti dəyişəcək - Xəbərdarlıq

11.05.2026, 13:50
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də əsasən günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol