O, dövlət sirrinə açıq postda çalışdığı üçün ölkəni tərk edə bilməzdi
Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Cexiya vətəndaşlıgını alması haqqında məlumatın ölkəmizdə yaratdığı ajiotaj davam edərkən hüquqşünas Əlövsət Əliyev Çexiyanın müvafiq qanunvericiliyini araşdıraraq maraqlı detallar əldə edib. Musavat.com-un verdiyi xəbərə görə, bu barədə qənaətlərini sosial şəbəkədə paylaşan Ə.Əliyev yazıb:
"Cexiya qanunvericiliyi vətəndaşlıq istəyən şəxsdən 5 il həmin ölkədə qanuni əsaslarla yaşamaq tələb edir.
Eyni zamanda Cexiya qanunvericiliyi aşagıdakı şərtləri tələb edir:
• məhkum olunmamaq;
• Cex dilini B 1 səviyyəsində bilmək;
• Cexiyanın müasir həyatıni bilmək haqaqında testdən kecmək (tarix, cografiya, ictimai biliklər);
• Cexiyanın hər hansı bir təşkilatına borclu olmamaq;
• maliyyə baxımından tam müstəqil olmaq və bunu sübut etmək;
• Cexiya cəmiyyətinə kifayət qədər inteqrasiya olunmaq.
Cexiya qanunvericiliyi bəzi şəxslərə vətəndaşlıgın müstəsa hallarda sadələşdirilmiş qaydada verilməsini də nəzərdə tutub. Müstəsna hallarda vətəndaşlıq elm, incəsənət, idman, və ya digər sahələrdə ciddi ugurlara imza atmış və xidmətləri olan şəxslərə verilə bilər. Səfər Əbiyevin ola bilsin hansısa sahədə Cexiya dövləti qarşısında 'xidmətləri' olub və bu içtimayyətə bəlli deyil".

Hüquqşünasın şərhindən göründüyü kimi, Əbiyevin Çexiya vətəndaşlığı alması qanunsuzdur və indiki halda onun Cinayət Məcəlləsi ilə təqibinə əsas verir.


Şərhlər