Menu

Yunanıstan avro bölgəsindən ayrılır

04.01.2015, 12:25
Yunanıstan avro bölgəsindən ayrılır

Almaniyanın borc böhranı ilə mübarizə aparan Yunanıstanın Avro Bölgəsində qalması ilə əlaqədar mövqeyini dəyişdirdiyi iddia edilir.

Spiegel jurnalının hökumətdəki mənbəyə istinadən verdiyi xəbərə görə, Almaniyamım Baş naziri Angela Merkel və Maliyyə Naziri Wolfgang Schaeuble, Yunanıstanın Avro Bölgəsindən ayrılmasının öhdəsindən gəlinə biləcək bir mövzu olaraq görür.

Yunanıstanda keçiriləcək erkən seçkiyə diqqət çəkilən xəbərdə, Almaniya hökumətinin, seçkilərin ardından Radikal Sol İttifaqın (SYRIZA) lideri Aleksis Çiprasın iqtidara gəldiyində qənaət siyasətindən imtina etməsi və ölkənin borclarına prioritet verməməsi vəziyyətində Yunanıstanın Avro Bölgəsindən ayrılmasını az qala qaçınılmaz gördüyü qeyd edilib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol