ABŞ ordusu iki qırıcısını itirib.
“AzPolitika” xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki “EA-18G Growler” təyyarəsi Aydaho ştatındakı Mountain Home Hərbi Hava Qüvvələri aviabazasında keçirilən “Gunfighter Skies” hava şousu zamanı havada toqquşub və yerə çırpılıb.
Bununla bağlı sosial mediada videogörüntülər yayımlanıb. Toqquşma iki təyyarənin nümayiş uçuşu zamanı mürəkkəb manevr etməsi anında baş verib. Videodan da göründüyü kimi, qəzadan dərhal sonra hər təyyarədən ikisi olmaqla, dörd pilot katapult edərək, paraşütlə yerə enib. Onların sağ olduğu bildirilir. Hazırda qəza yerində ölən və ya yaralananlar barədə məlumat yoxdur.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) May 17, 2026

Şərhlər