Menu

“Bakıda böyümüş biri kimi may ayında bu qədər yağış görməmişəm” - Komitə sədri

18.05.2026, 10:30
“Bakıda böyümüş biri kimi may ayında bu qədər yağış görməmişəm” - Komitə sədri

WUF13 forumunun ilk iki günü bizə çox fərqli hava şəraiti göstərdi və bu da iqlim dəyişikliyinin nəticəsidir. 

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev deyib.

“Düzünü desəm, Bakıda böyümüş bir insan kimi mən may ayında heç vaxt bu qədər yağış görməmişəm. Bu, normal deyil. Amma üzləşdiyimiz reallıq budur. Məhz buna görə belə müzakirələr və forumlar vacibdir. Biz iqlim dəyişikliklərinə uyğunlaşmağın yollarını tapmalıyıq”, - deyə A.Quliyev bildirib.

"AzPolitika.info"

Şərhlər

Mühit mühəndisi 2026-05-18 16:08:31

Cənab Dövlət Şəhərsalma və WUF-13 Koordinatoru, Azərbaycan torpaqlarının nəm-münbitliyinin, Xəzər gölü səthi və boşaldılan atlıqlarının su bərpası üçün hər il azı on dəfə çox yağıntı gərək deyilmi? RFnın şimal şəhərləri, Filippin və digərləri hər il daha çox və güclü təbii təlatümlərə davam gətirməyə çalışırlar!

Reallıq 2026-05-18 13:40:15

Əgər Siz Bakılı olsaydınz yaz vaxtı Aərbaycanda leysan deyilən yağışların yağdığını görərdiniz.
burada qeyri-adi bir ha yoxdur. Sadəcə ordan-burdan Baklya köçürülən vəzifəlilər bunu anlamaq əvəznə yalanlarla baş
dolandırır,vəzifələərdə yerləşdirilibrlər.Ona görə ölkəbu günə salınıb.

miri 2026-05-18 12:21:22

Əvvəl normal iqlim şəraitinə uyğunlaşmagı öyrənib, sonrasına baxmaq olar. Şəhərdə tıxac əlindən hərəkət etmək olmur, su və qaz təchizatının bütün ərazilərə normal çatdırılması aparılmayıb, ictimai nəqliyyatın normal təşkili olmadığından fərdi avtomobillər çoxdur, kanalizasiya və yagış sularını ötürən qurğuların vəziyyəti isə"fontan"...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol