Menu

Ermənistandan Türkiyə ilə bağlı maraqlı addım - FOTO

20.05.2026, 12:02
Ermənistandan Türkiyə ilə bağlı maraqlı addım - FOTO

Ermənistan Türkiyə ilə münasibətlər fonunda diqqət çəkən addım atıb. 

Belə ki, ölkənin sərhəd keçid məntəqələrində pasportlara vurulan giriş-çıxış möhürlərindən Ağrı dağının təsviri çıxarılıb.

Məlumata görə, yeni qərar Ermənistanın Türkiyə ilə münasibətlərində normallaşma prosesini nəzərə alaraq qəbul edilib. Bildirilir ki, dəyişiklik rəsmi İrəvanın beynəlxalq səviyyədə tanınmış sərhədlərə əsaslanan siyasət yanaşması çərçivəsində həyata keçirilib.

Ermənistan hökumət rəsmiləri qeyd ediblər ki, məqsəd Türkiyəyə qarşı simvolik xarakter daşıyan mesajlardan və mümkün təxribat kimi qiymətləndirilə biləcək addımlardan uzaq durmaqdır.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol