Menu

Kriminal aləmə məxsus meyit tapıldı

04.01.2015, 16:46
Kriminal aləmə məxsus meyit tapıldı

Şirvanda bədənində kriminal aləmə məxsus ulduz tatuirovka döymələri olan meyit aşkarlanıb

Şirvan şəhər Prokurorluğundan APA-ya verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında şəhərin baş Şirvan kollektorunun sahilində qeydı alınıb. Orada tapılan 30-35 yaşlı, boyu 175 santimetr olan naməlum kişi meyiti Şirvan Pataloji Anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzində müayinə edilib. İlkin müayinənin nəticələrinə görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Həmçinin meyit müayinə olunarkən bədənində kriminal aləmə məxsus ulduz tatuirovka döymələri aşkarlanıb.

Meyitin kimliyinin müəyyən olunması istiqamətində Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol