Menu

Bakı-Şamaxı yolunda dəhşət - 6 nəfər yerindəcə keçindi - FOTOLAR

04.01.2015, 20:14
Bakı-Şamaxı yolunda dəhşət - 6 nəfər yerindəcə keçindi - FOTOLAR

Bakı-Şamaxı yolunda qəza baş verib.

Musavat.com FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük avtomobilinin 1990-cı il təvəllüdlü Əliyev Elmil Elşən oğluna məxsus “MERCRDES” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 16:34-də başa çatıb.

Fotolar : Azərbaycanın kriminal həyatı adlı "facebook" səhifəsindən götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol