Menu

Bakıda “Qalatasaray”ın 1 milyonluq obyekti batdı

05.01.2015, 09:54
Bakıda “Qalatasaray”ın 1 milyonluq obyekti batdı

Türkiyənin “Qalatasaray” idman klubunun 2012-ci ildə Bakıda açdığı 1 milyon dollarlıq mağaza müflis olub.

Azadlıq prospektində yerləşən mağaza alıcı tələbatı olmadığına görə fəaliyyətini dayandırıb. Mağazada xərclər borcu ödəməyib və “Galatasaray Store” dükanı bağlanıb.

Həmin obyektin yerində kimyəvi təmizləmə mərkəzi açılıb.

“Qalatasaray” rəhbərliyi “Galatasaray Store”dən ildə təxminən 1 milyon dollar gəlir götürməyi planlaşdırırdı. Hazırda Türkiyədə 41, Şimali Kipr Türk Cümhuriyyətində isə 1 “Galatasaray Store” mağazası fəaliyyət göstərir. Satışlar internet vasitəsilə də həyata keçirilir (sportinfo.az).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol