Menu

Sabiq prezident vaxtından əvvəl azad edildi

05.01.2015, 10:24
Sabiq prezident vaxtından əvvəl azad edildi

Tayvanın sabiq prezidenti Çen Şuybyan vaxtından əvvəl Taybey həbsxanasından azad edilib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Çin Xalq Respublikasının ədliyyə nazirinin müavini Çen Mintan yayıb.

Məlumatda deyilir ki, korrupsiya ittihamına görə həbs edilən 64 yaşlı Şuybyan sağlamlıq durumuna görə evə buraxılıb.

Sabiq prezident məhkəmə tərəfindən ona kəsilən 19 il həbc cəzasının yalnız 6 ilini yatıb.

Qeyd edək ki, Çen Şuybyan 2009-cu ildə tutulub. O, 15 milyon dollar pulu rüşvət aldığına görə həbsxanaya salınıb.

Sabiq prezident 2013-cü ilin yayında həbsxanada intihara cəhd edib.

Tayvan 1949-cu ildə Çindən ayrıldığına görə rəsmi Pekin onun müstəqilliyini tanımır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol