Menu

AMAY-ın rəhbəri məhkəmə qarşısına çıxarılır

05.01.2015, 11:40
AMAY-ın rəhbəri məhkəmə qarşısına çıxarılır

“AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.

Bu barədə APA-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, ittiham aktı vəkillərə və təqsirləndirilən şəxslərə təqdim edilib. Ə. Bağırov cinayət işinin baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini deyib.

Məhkəmədən isə cinayət işinin yaxın günlərdə icraata veriləcəyini bildiriblər.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol