Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavinləri Əvəz İlyas oğlu Qocayev və Hüsnü Ələkbər oğlu Quliyev vəzifələrindən azad ediliblər.
“AzPolitika” “Unikal”a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam verib.
Qeyd edək ki, Ə. Qocayev və H.Quliyev bu vəzifəyə 2017-ci ildə təyin olunmuşdular.
"AzPolitika" xatırladır ki, Əvəz İlyas oğlu Qocayev 1959-cu ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olub.
Ali təhsillidir. 1985-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsini bitirmiş “inşaat-mühəndisi” ixtisasına yiyələnib.
1977-1979-ci illərdə Ordu sıralarında xidmət edib.
Əmək fəaliyyətinə 1980-ci ildə Bakı şəhəri, Binəqədi rayonunun 80 saylı Mənzil İstismar İdarəsində texnik-nəzarətçi kimi başlayıb.
1982-1986-cı illərdə Bakı şəhəri, Binəqədi rayonunun 83 saylı Mənzil İstismar İdarəsində mühəndis;
1986-1993-cü illərdə Bakı şəhəri, Binəqədi rayonunun 102 saylı Mənzil İstismar İdarəsində rəis;
1993- cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil şöbəsində təftiş-mühasib;
1993-1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Tikinti və abadlıq işləri üzrə müavin;
2000-2001-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Mənzil şöbəsində aparıcı mühəndis-müfəttiş;
2001-2002-ci illərdə “Azəravtonəqliyyat” Dövlət Konserninin Mənzil Təsərrüfat İdarəsində rəis;
2002-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində kompyüter bölməsində rəis;
2003-2008-ci illərdə “Yolnəqliyyatservis” Departamentinin İstehsalat şöbəsində rəis müavini, Reklam şöbəsində rəis, “Yolreklamservis” MMC-də rəis;
2008-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin “Avtomobil Yollarının İstismarı və reklam” MMC-də rəis vəzifələrində işləyib.
2015- 2017-ci illərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini müvvəqqəti icra edib.
10 mart 2017- ci il tarixindən 21 dekabr 2017 - ci il tarixinədək "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.
21 dekabr 2017-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2015-ci ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin YAP İlk Partiya Təşkilatının sədridir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı adı verilib.
Ailəlidir, 3 (üç) övladı var.

Şərhlər