Bakıda astaralı keçmiş məhkumdan yarım kilodan çox heroin götürülüb.
Bakı Şəhər Baş Polis İdarəsindən "Trend"-ə verilən məlumata görə, Bakı Şəhər BPİ Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Astara rayon sakini, əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü Şaiq Quliyev saxlanılıb.
Saxlanılarkən ondan 503,127 qram heroin aşkar olunaraq götürülüb.
Faktla əlaqədar araşdırma aparılır.


Şərhlər