Menu

Putinin dəvət etdiyi “Rusiya qəhrəmanı” öldürülüb – FOTO

06.06.2026, 12:44
Putinin dəvət etdiyi “Rusiya qəhrəmanı” öldürülüb – FOTO

Ukraynada gedən döyüşlərdə Kalmıkiyadan olan Rusiya hərbçisi Naran Oçir-Qoryayev öldürülüb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında Kalmıkiyanın rəhbəri Batu Xasikova istinadla məlumat yayılıb.

Baş leytenant Oçir-Qoryayev 2022-ci ildən bəri döyüş zonasında olub, Soledar və Seversk uğrunda döyüşlərdə iştirak edib və “Rusiya Qəhrəmanı” adına layiq görülüb.

2025-ci ilin dekabr ayında keçirilən görüşlərin birinə Vladimir Putin şəxsən Oçir-Qoryayevi də çağırıb ki, Ukraynanın Donetsk vilayətindəki Seversk şəhərinin "azad edilməsi" barədə danışsın.

“AzPolitika.info” 


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol