Ermənistan parlament seçkilərində bütün səslər sayıldıqdan sonra hakim Vətəndaş Müqaviləsi Partiyası 49,81% (727.160 səs) ilə liderlik edir. 

"AzPolitika" xəbər verir ki, “Güclü Ermənistan” bloku 23,29% (340.062) ilə ikinci, “Ermənistan” bloku 9,94% (145.097) ilə üçüncü, “Çiçəklənən Ermənistan” partiyası 4% (58.368) ilə dördüncüdür.

Cəmi 1.476.916 Ermənistan vətəndaşı səs verib.

***

Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 90% faizi sayılıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 50,25 faizini qazanıb.

İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyalar bloku 23,31% səs toplayıb. Keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,78% səslə üçüncü yerdə qərarlaşıb. Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 4,2% səs toplayıb.

Beləliklə, müxalifət hazırda səslərin ümumi sayının 36,88%-nə malikdir. Ölkədə 2005 seçki məntəqəsindən 1199-da səslər sayılıb.

Qeyd edək ki, partiyalar üçün limit 4%, bloklar üçün isə 8% təşkil edir.

 

***

Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 50,31 faizi hesablanıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası bülletenlərin 50,31%-i (742 857 səs) emal edildikdən sonra 51,03% səs toplayıb.

İşa adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku səslərin 23,18%-ni, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,51%-ni və iş adamı Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası 4,18%-ni toplayıb. Seçici fəallığı 58,97% təşkil edib.

Bu arada Paşinyan rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının parlament seçkilərində qələbə qazandığını bildirib. 

***

Ermənistan Mərkəzi Seçki Komissiyasının 110 seçki məntəqəsindən aldığı ilkin məlumatlara görə, baş nazir Nikol Paşinyanın hakim "Vətəndaş Müqaviləsi" partiyası 57,14% və ya 11.073 səs toplayıb.

İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 21,43% və ya 4152 səs, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 8,21% və ya 1590 səs, iş adamı Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 5,1% və ya 988 səs toplayıb.

Seçici fəallığı 58,97% təşkil edib.

***

Ermənistanda keçirilən parlament seçkilərində gərgin mübarizə davam edir. İlkin rəylər və səsvermədən sonrakı sorğuların nəticələri Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının liderliyini ortaya qoyur.

"AzPolitika" xəbər verir ki, Ermənistanda fəaliyyət göstərən və seçki prosesini yaxından izləyən müstəqil monitorinq qrupları və sosioloji mərkəzlərin ilkin səsvermədənkənar sorğu (exit-poll) məlumatlarına görə, hakim "Mülki Müqavilə" partiyası 56.7% səslə digər rəqiblərini geridə qoyaraq ciddi fərqlə öndədir.

Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatlarına əsasən, bu səsvermədə parlamentdəki yerlər uğrunda ümumilikdə 18 siyasi qüvvə — 16 partiya və 2 siyasi blok mübarizə aparır. Ölkə daxilində 2 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə hüququ olan vətəndaşların fəallığı xüsusilə günorta saatlarından sonra nəzərəçarpan dərəcədə yüksəlib.

Ermənistandakı seçkilərin həm daxili, həm də beynəlxalq müstəvidə böyük maraq doğurması səbəbindən monitorinq prosesinə nüfuzlu təşkilatlar cəlb olunub:

Beynəlxalq Sosioloji Araşdırmalar: Ölkədə səsvermə ərəfəsində və gedişatında rəy sorğuları əsasən “Gallup International Association” (onun Ermənistandakı tərəfdaşı MPG mərkəzi) və regional ekspert qrupları tərəfindən aparılıb.

Beynəlxalq Müşahidəçilər: Seçki prosesini rəsmi olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) uzunmüddətli müşahidə missiyası, Avropa Parlamenti və bir sıra beynəlxalq qurumların nümayəndə heyətləri birbaşa məntəqələrdə izləyir.

Mütəxəssislər qeyd edirlər ki, rəsmi nəticələr exit-poll göstəricilərini (56.7%) təsdiqləyəcəyi təqdirdə, Nikol Paşinyan parlamentdə təkbaşına hökumət formalaşdırmaq və sülh prosesini öz xəttinə uyğun davam etdirmək üçün kifayət qədər mandat qazanmış olacaq.

Hazırda bülletenlərin sayılması prosesi davam edir və Mərkəzi Seçki Komissiyasının ilkin rəsmi nəticələri yaxın saatlarda açıqlayacağı gözlənilir.

Rasim

"AzPolitika.info"