Ermənistanda keçirilən seçkilər fonunda ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki cinayətləri ilə bağlı irimiqyaslı əməliyyatların statistikasını açıqlayıb.
“AzPolitika” xəbər verir ki, fevralın 7-dən indiyəqədər bu seçki fırıldaqçılığı və səsvermə hüquqlarının pozulması faktları üzrə 115 cinayət işi başlanıb.
Rəsmi hesata əsasən, aparılan araşdırmaların miqyası belədir:
214 nəfər saxlanılıb, ümumilikdə 237 şəxs barəsində cinayət təqibi başladılıb.
İstintaqdan qaçıb gizlənən 17 müttəhim barəsində rəsmi axtarış elan edilib.
Təqsirləndirilən şəxslərdən 91-i barəsində həbs qətimkan tədbiri seçilib (50 nəfər təcridxanaya yerləşdirilib, 41-i ev həbsindədir). Digər 102 nəfər barəsində isə alternativ kısıtlama tədbirləri tətbiq olunub.
Komitənin məlumatında xüsusi vurğulanır ki, təkcə 7 iyun – səsvermə günü ərzində proses kəskin sürətlənib: gün ərzində 33 nəfər barəsində təcili cinayət təqibinə başlanılıb və onlardan 28-i dərhal həbs edilib.
Hazırda faktlarla bağlı genişmiqyaslı istintaq tədbirləri davam edir.
"AzPolitika.info"

Şərhlər