ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib.

"Report" xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına açıqlamasında bildirib.

"Mən İrana aşağıdakıları təklif edərdim: raketlərinizi buraxdınız, bəsdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin", - deyə o əlavə edib.

Bundan başqa, ABŞ Prezidenti ümid etdiyini bildirib ki, İsrail ilə İran arasında gərginlik Tehranla Vaşinqton arasında mümkün razılaşmanı pozmayacaq: "İranla yekun razılaşmaya çox yaxınıq. Bu, yaxşı bir razılaşma olacaq. İndi baş verənlərə görə onun dağılmasını istəmirəm".

Amerika liderinin sözlərinə görə, İranın zərbəsi nəticəsində heç kim xəsarət almayıb: "Ümid edirəm ki, İsrail cavab verməyəcək. Əgər Bibi (İsrailin Baş naziri Benyamin Netanyahu - Qeyd) cavab verərsə, onda son 47 il və ya 3000 ildir baş verənlər davam edəcək".