Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə görüşmək üçün Londona səfər edib. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, görüşdə Birləşmiş Krallıq, Almaniya, Fransa və Ukrayna liderləri Rusiya ilə müharibəyə son qoymaq üçün "ədalətli və davamlı" razılaşmada nəzərə alınmalı olan beş şərt barədə razılığa gəliblər:

1. Dərhal atəşkəs. Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatların tamamilə dayandırılmasına razılıq verməlidir.

2. Hazırkı təmas xətti danışıqların başlanğıc nöqtəsi olmalıdır. Sərhədlər güclə dəyişdirilə bilməz və Ukraynanın ittifaq yaratmaq (o cümlədən NATO ilə) suveren hüququna tam hörmət edilməlidir.

3. Ukrayna üçün etibarlı hüquqi təhlükəsizlik zəmanətləri. Bunlar atəşkəsdən dərhal sonra qüvvəyə minməli və Ukraynaya beynəlxalq qüvvələrin yerləşdirilməsini əhatə etməlidir.

4. Rusiya vəsaitləri Rusiya bütün itkiləri kompensasiya edənə qədər dondurulmuş qalacaq.

5. Sülh müqaviləsi Avropanın təhlükəsizlik maraqlarını nəzərə almalıdır. Aİ və NATO ilə bağlı hər hansı danışıqlar Aİ və onun üzv dövlətlərinin, eləcə də NATO müttəfiqlərinin razılığını tələb edəcək.

Bəyanatda həmçinin qeyd olunur ki, liderlər "Ukraynanın döyüş meydanındakı son uğurlarını, xüsusən də ərazilərin azad edilməsini və dron texnologiyasından innovativ istifadəni alqışlayıblar". 

Onlar Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı raket və dron hücumlarını, o cümlədən "Oreşnik" raketlərinin təkrar istifadəsini, eləcə də Rusiyanın dronlarının NATO ərazisinə daxil olmasını pisləyiblər. Bundan əlavə, liderlər Ukraynaya davamlı dəstəyi, eləcə də NATO-nun "Ukraynanın döyüş meydanındakı təcrübəsindən necə öyrənə biləcəyini və Avropanın öz müdafiəsini gücləndirmək üçün Ukrayna ilə uzunmüddətli sənaye əməkdaşlığını necə gücləndirə biləcəyini" müzakirə ediblər. Görüş iştirakçıları həmçinin Zelenskinin 4 iyunda Putinə ünvanladığı məktubda qeyd edilən müharibəyə danışıqlar yolu ilə son qoymaq çağırışını yüksək qiymətləndiriblər.

"AzPolitika.info"