Menu

ŞAMİL ƏZİZOV NAZİR MÜŞAVİRİ TƏYİN EDİLDİ - DOSYE

08.06.2026, 23:48
ŞAMİL ƏZİZOV NAZİR MÜŞAVİRİ TƏYİN EDİLDİ - DOSYE

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şamil Əzizov nazirin müşaviri təyin olunub.

"Qaynarinfo"-nun verdiyi məlumata görə, o, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.

Ş.Əzizov 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir.

2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Texniki sistemlərdə idarəetmə və informatika”, 2007-ci ildə İngiltərənin (Böyük Britaniya) Oxford Brookes University “Mühasibat və maliyyə” və Azərbaycan Dövlət Neft Akademiyasını “kompüter riyaziyyatı”, həmçinin 2008-ci ildə İsveçrənin Webster University in Geneva “Biznesin idarə edilməsi” ixtisasları üzrə təhsil almışdır.

Əmək fəaliyyətinə 2010-cu ildə Ernst&Young Şirkətində mütəxəssis kimi başlayaraq auditor və ekspert vəzifələrində çalışmışdır. 2011-2019-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin Birgə layihələr şöbəsində iqtisadçı və aparıcı iqtisadçı, 2019-2020-ci illərdə Heydər Əliyev Mərkəzinin Layihələrin İdarə Edilməsi Departamentində aparıcı mütəxəssis və baş mütəxəssis, 2020-2026-cı illərdə “Regional İnkişaf” İctimai Birliyində ekspert və Heydər Əliyev Mərkəzində direktorun köməkçisi vəzifələrində işləmişdir.

22 may 2026-cı il tarixindən ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyir.

Şərhlər

ƏNHU 2026-06-12 19:36:44

ALLAH XEYİR VERMƏSİN!

Eldeniz 2026-06-10 07:17:59

Ekologiya ve kend teserrufati nazirliyinde hamisi demek olar ki , huququnas ve iqtisadcilar isleyir..Rehber heyetde ne ekoloq , ne de ki mese teserrufati uzre mutexesis tapa bilmezsen....

Məzahir 2026-06-09 12:19:57

Bu adam ekologiyanın nə oduğunu bilir?Belə təyinatlar ixtisas sahiblərinin işsiz qalmasına səbəb olmur?

Vətəndaş 2026-06-09 12:14:46

N qədər müşüvir,köməkçi,müavintəyin edilir.Bu ölkə vəsaitlərinə israfçılıq deyilmi?

Bəhrami 2026-06-09 09:55:54

Məncə, Xəzərin ən uzun və işlək sahili Azərbaycan ərazisinə düşür! Həmin səbəbdən Xəzərin digər amillərdən mühafizəsi, ekoloji müdafiəsi və florasının bərpa və istifadəsi də ölkəmizin öhdəsinə düşür. Nədən, dünyanın onlarla ölkəsindən kərə yağları, ət daşıyan ölkəmiz gündəlik mincə ton nərə balığı yeməsin? Daha ucuz qiymətə-optom həmin balıqlara hansı mərkəzlərə qeyb üzürlər?

RAHIM 2026-06-08 21:53:50

Nəyə GÖRƏ YALNIZ MƏMUR. BALALARINI VƏZİFƏYƏ QOYULURLAR?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol