"Rusiyanın Ukraynaya müdaxiləsi strateji uğursuzluq idi. Onun neft emalı zavodları yanır... Moskva döyüş meydanında öz məqsədlərinə nail ola bilmir. Eskalasiya bunu dəyişməyəcək və yalnız fəlakətin daha da dərinləşməsi riskini artıracaq. Bu müharibə dərhal başa çatmalıdır, artıq kifayətdir".
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-nin BMT-dəki səfiri Den Neqrea deyib.
İclas Rusiyanın son kütləvi raket və PUA hücumundan sonra Ukraynanın tələbi ilə keçirilib.
Amerika nümayəndəsi ayrıca bəzi ölkələri “Rusiyanın hərbi səylərini dəstəkləməyi dərhal dayandırmağa” çağırıb, çünki bu müharibənin hərbi həlli yoxdur.
Neqrea bu kontekstdə xüsusilə, İranın Rusiyanı PUA-larla təmin etdiyini, eləcə də Kubanın Rusiyaya minlərlə muzdlu əsgər göndərdiyini qeyd edib: “Bu müharibə ancaq danışıqlar yolu ilə başa çata bilər. Birləşmiş Ştatlar əvvəllər olduğu kimi – və biz bunu hər iki tərəfə dəfələrlə demişik – müharibənin sona çatmasına töhfə verməyə hazırdır”.
“AzPolitika.info”

Şərhlər