"Onlar Moldova, Ermənistan və Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə təsirlərini itirirlər. Bundan əlavə, onlar özlərini Avropa və ABŞ tərəfindən təcrid olunmuş vəziyyətdə tapıblar. Əslində, onlar tək qalıblar".
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Rusiya barədə danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya ümumilikdə postsovet məkanında siyasi mövqeyini itirir.
Regiondakı vəziyyəti qiymətləndirən Zelenski qeyd edib ki, Azərbaycan artıq tam müstəqildir və Ermənistanda keçirilən son seçkilər bu ölkənin müstəqilliyi üçün böyük uğurdur. Bundan əlavə, Ukrayna Prezidentinin sözlərinə görə, ruslar artıq Moldova üzərində də nəzarəti itiriblər.
Eyni zamanda, o əlavə edib ki, azad və müstəqil Ukrayna Kreml üçün ən böyük siyasi təhlükə olaraq qalır və onun gələcəkdə Avropa Birliyinə daxil olması Rusiyada daxili problemlərə səbəb olacaq: "Əlbəttə ki, onlar Ukraynanı itirmək istəmirlər, çünki müstəqil və azad Ukrayna Rusiya üçün ən böyük və siyasi cəhətdən ən təhlükəli ölkədir".
“AzPolitika.info”
— Новости (@gulnarazeynal) June 9, 2026

Şərhlər