Rusiya Prezidenti Vladimir Putinin artan sui-qəsd təhlükəsi səbəbindən ailəsinin təhlükəsizliyini gücləndirdiyi iddia olunur.
"AzPolitika" xəbər verir ki, bu barədə "We Can Explain" layihəsi özəl mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Putin böyük qızları Maria Vorontsova və Katerina Tikhonova, eləcə də nəvələrinin Rusiyanın ən ciddi mühafizə olunan məkanlarından biri hesab edilən Valday saray kompleksinə köçürülməsini tapşırıb.
Araşdırmada bildirilir ki, 41 yaşlı Maria Vorontsova iki övladı ilə birlikdə, 39 yaşlı Katerina Tixonova isə oğlu ilə Valday kompleksində yerləşdirilib.

İddialara əsasən, təhlükəsizlik narahatlıqlarının artması fonunda Kremlin rəhbəri hərəkətlərinin izlənilməsinin qarşısını almaq məqsədilə Rusiyanın geniş müşahidə kamera şəbəkəsinə nəzarətin gücləndirilməsi barədə göstəriş verib.
"Financial Times"ın yaydığı məlumata görə, müşahidə sistemlərində təhlükəsizlik boşluqlarının ola biləcəyi ehtimalı səbəbindən bəzi kamera şəbəkələri müvəqqəti olaraq söndürülüb. Mənbələr bildirirlər ki, mühəndislər sistemi internetdən tam təcrid edib, təhlükəsizlik yoxlamaları başa çatdıqdan sonra isə yenidən istifadəyə veriblər.
Məlumatda həmçinin qeyd olunur ki, Valday kompleksi onlarla hava hücumundan müdafiə sistemi ilə qorunur və ərazidə gizli sığınacaq mövcuddur. Bundan başqa, son iki ildə Putinin iqamətgahını qoruyan zenit qurğularının sayının yeddidən 27-yə yüksəldiyi iddia edilir.
"AzPolitika.info"

Şərhlər