Bu ilin əvvəlindən bəri Sankt-Peterburqdakı məhkəmə icraçıları 4050 əcnəbi və vətəndaşlığı olmayan şəxsi Rusiyadan zorla deportasiya ediblər.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, qanunsuz immiqrantların ən çoxu Özbəkistan və Tacikistan Respublikalarının vətəndaşları olub.

Deportasiya edilənlər arasında Azərbaycan, Pakistan, Nigeriya, Livan, İordaniya, Sudan və Braziliya vətəndaşları da var.

Xatırladaq ki, keçən il Rusiya Federasiyasında qalma qaydalarını pozduqlarına görə Sankt-Peterburqdan 8126 miqrant deportasiya edilib.

"AzPolitika.info"