Xəbərverdiyimizkimi, İran İsfahandakı zənginləşdirilmiş uran anbarının ətrafında təhlükəsizlik tədbirlərini kəskin şəkildə gücləndirib.
Məhz belə bir vaxtda Ağ Evdən mühüm bəyanat gəlib.
"AzPolitika" xəbər verir ki,Tramp administrasiyasının rəsmi nümayəndəsi bəyan edib ki, tərəflər İranın zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməsini nəzərdə tutan genişmiqyaslı sülh sazişini (Anlaşma Memorandumunu) imzalamağa çox yaxındırlar. ABŞ rəsmiləri müqavilənin imzalanma ehtimalını 80-85% civarında qiymətləndirirlər.
Müqavilənin sızan bəzi ilkin şərtləri:
Uranın məhvi: Nüvə materiallarının ilk növbədə yerindəcə məhv ediləcəyi, daha sonra isə xaricə daşınacağı bildirilir. ABŞ rəsmilərinin sözlərinə görə, texniki detalların tam razılaşdırılması ilkin imzalanmadan sonra 60 gün çəkə bilər.
Hörmüz boğazı: Saziş çərçivəsində tərəflərin Hürmüz boğazındakı blokadanı qaldıracağı və gəmilərin sərbəst hərəkətinin təmin ediləcəyi gözlənilir.
Bununla belə, hər iki tərəfin rəsmiləri ilkin razılaşma barədə hələ də ziddiyyətli bəyanatlar verirlər. Məsələn, İran mediası ABŞ ordusunun bölgədən çəkiləcəyini və Tehrana milyardlarla dollar sanksiya kompensasiyası ödəniləcəyini iddia etsə də, Vaşinqton bunu təkzib edir.
ABŞ kəşfiyyatının məlumatına görə, İranın əlində təxminən 440 kiloqram yüksək səviyyədə zənginləşdirilmiş uran mövcuddur. Bu ehtiyatın böyük hissəsi İsfahan şəhərindəki yeraltı tunellərdə saxlanılır. Hazırda uranın zənginləşmə səviyyəsi 60% təşkil edir. Nüvə silahı istehsal etmək üçün isə bu göstəricinin təxminən 90%-ə çatdırılması lazımdır.
Rasim
“AzPolitika.info”

Şərhlər