İyunun 11-də Baş Prokurorluğun İstintaq İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.
“AzPolitika" “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan 4 gömrük əməkdaşından 3-ü sonradan sərbəst buraxılıb.
Məlumata əsasən, saxlanılan şəxslərdən biri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisi müavini İsmayıl Əliyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iyunun 11-də Baş Prokurorluğun İstintaq İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirdiyi, əməliyyat zamanı 4 əməkdaşın saxlanıldığı barədə məlumat yayılmışdı. Həmin şəxslərdən ikisinin qadın əməkdaş olduğu bildirilirdi.
Faktla bağlı araşdırmalar davam edir.

Şərhlər
Gömrük orqanlarında əmək haqqları DVX,İqtisadiyyat Nazirliyi,Əmlak Komitəsi, AQTA bu qurumlarının əmək haqqlarından ən azı 2 dəfə yuxarıdır.Amma hər dəfə Korrupsiya halları orda baş verir.Demək DSX ilə İqtisadiyyat Nazirliyi arasında bölüşdürülməlidir.2500 aşağı əmək haqqı almırlar hər dəfədə Korrupsiya halları baş verir.Demək köhnə kadrlar Korrupsiyaya qurşanıb.Ləğv etmədən başqa çıxpş yolu yoxdur