Menu

SEPAH Trampın açıqlamasına münasibət bildirib - Niyə məhz iyunun 14-ü?

13.06.2026, 23:48
SEPAH Trampın açıqlamasına münasibət bildirib - Niyə məhz iyunun 14-ü?

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranla müqaviləni bazar günü imzalamaqda qeyri-adi israrını tənqid edib.

"AzPolitika" xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında qeyd olunub.

SEPAH Trampın bu tələskənliyinin suallar doğurduğunu bildirib, çünki iranlı danışıqçılar memorandum üzərində işin hələ başa çatmadığını və yaxın günlərdə imzalamaq planlarının olmadığını əvvəlcədən bəyan etmişdilər.

SEPAH Trampın tələskənliyini onun sazişin imzalanma mərasimini öz ad günü olan iyunun 14-nə təyin etmək istəyi ilə izah edir. Bəyanatda vurğulanır ki, bəzi müşahidəçilər bu israrın rəmzi xarakter daşıdığını və prezidentin bunu şəxsi piar aksiyasına çevirmək məqsədi güddüyünü düşünürlər.

Qeyd edək ki, Donald Tramp İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacağını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol