Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Keçmiş diplomat 82 yaşında dünyasını dəyişib.

O, müxtəlif dövrlərdə yüksək dövlət vəzifələrində fəaliyyət göstərib, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Belə ki, Hidayət Orucov müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, milli siyasət məsələləri üzrə Dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.

Hidayət Orucov 2012–2021-ci illərdə Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.