Ukraynanın işğal olunmuş Krım yarımadasındakı hərbi obyektlərə və logistik xətlərə endirdiyi silsilə zərbələr Rusiya hərbi rəhbərliyini ciddi qərarlar verməyə məcbur edir. Krımdakı “Ateş” partizan hərəkatı Rusiya Qara Dəniz Donanması komandanlığının idarəetmə orqanlarını Sevastopoldan Novorossiysk şəhərinə köçürməyi planlaşdırdığı barədə məlumat yayıb.
"AzPolitika" xəbər verir ki, bu barədə hərəkatın rəsmi "Telegram" kanalında bəyanat yer alıb.Məlumatda bildirilir ki, hazırda donanmanın qərargah strukturlarında Sevastopolda qalan idarəetmə mərkəzlərinin Novorossiyskə daşınması planları üzərində iş gedir:
“Yarımadakı əvvəlki dislokasiya yerləri, o cümlədən Qoqol küçəsindəki aviasiya qərargahı ardıcıl olaraq öz funksionallığını itirir. Komandanlıq çıxış yolu axtarır”.
Partizanlar Ukrayna Müdafiə Qüvvələrinin sözügedən qərargaha endirdiyi dağıdıcı zərbəni xatırladaraq, həmin vaxtdan bəri Krıma hücumların daha da intensivləşdiyini və işğalçılar üçün logistik vəziyyətin kəskin şəkildəpisləşdiyini vurğulayıblar.
Hərbi mənbələrdən daxil olan məlumatlara görə, donanma daxilində artıq ciddi təşviş hökm sürür: “Bəzi rusiyalı zabitlər rəsmi sərəncamı gözləmədən köçməklə bağlı praktiki məsələlərlə məşğul olmağa başlayıblar. Onlar ailələrini köçürür, apara bilməyəcəkləri əmlaklarını satır və Novorossiyskdə yerləşməyə çalışırlar. Donanma rəhbərliyində isə əhval-ruhiyyə tamamilə aşağı düşüb. İdarəetmə orqanlarının köçürülməsi – Krımdakı donanma infrastrukturuna göstərilən sistematik təzyiqin məntiqi nəticəsidir”.
"Ateş" hərəkatı qeyd edir ki, qərargah strukturlarının Krımda saxlanılması işğalçılar üçün getdikcə daha baha başa gələn və riskli bir qərara çevrilir. Hadisələrin hazırkı inkişaf ssenarisini nəzərə alsaq, yaxın aylar Krımdakı Rusiya qüvvələri üçün müharibənin başlanğıcından bəri ən ağır dövr ola bilər.
Rasi
"AzPolitika.info"

Şərhlər