Menu

ABŞ-İran memorandumunun imzalanması təxirə salınıb - Tramp İsraili ittiham etdi

14.06.2026, 22:30
ABŞ-İran memorandumunun imzalanması təxirə salınıb - Tramp İsraili ittiham etdi

ABŞ Prezidenti Donald Tramp İsrailin Beyrutda "Hizbullah"ın obyektlərinə endirdiyi zərbələr səbəbindən ABŞ-İran memorandumunun imzalanmasının bir neçə saat gecikdiyini bildirib.

"Report"un məlumatına görə, Amerika liderinin sözlərini "Axios"un jurnalisti Barak Ravid "X" sosial şəbəkəsindəki hesabında sitat gətirib.

Onun sözlərinə görə, mərasim planlaşdırıldığı kimi baş tutmalı idi, lakin Yaxın Şərqdəki hadisələr təxirə salınmaya səbəb olub.

Tramp həmçinin hadisənin gözlənilən razılaşmadan bir az əvvəl baş verdiyini və prosesdə ciddi fəsadlara səbəb olduğunu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol