Bakı şəhəri 138 nömrəli tam orta məktəbin məzunları və pedaqoji kollektivi “Son zəng”də “Zəngibasar yallısı"nı oynayıblar.
"AzPolitika" xəbər verir ki, tədbirdə Azərbaycan xalq rəqs sənətinin ən qədim və zəngin nümunələrindən biri olan “Zəngibasar yallısı"nın ifa olunması məktəbin direktoru Mirfaiq Mirheydərli təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, "Zəngibasar yallısı" Azərbaycan xalqının milli ruhunu, birliyini və tarixi yaddaşını özündə yaşadır. "Zəngibasar yallısı"nda iştirakçıların əl-ələ verərək ahəngdar şəkildə hərəkət etməsi xalqın həmrəyliyini və gücünü simvolizə edir. Coşqulu musiqi müşayiəti ilə ifa olunan bu rəqs tamaşaçılarda qürur və vətənpərvərlik hissləri oyadır.

Şərhlər