UEFA Avropa Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək. Püşkatma nəticəsində Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ”ın ilk rəqibi müəyyənləşəcək.

Ağdam klubu ilk mərhələdə Slovakiyanın “Jilina”, Serbiyanın “Voyvodina”, Rumıniyanın “Universitatya Kluj”, Sloveniyanın “Aluminiy”, İrlandiyanın “Derri Siti” və ya İslandiyanın “Vestri” komandalarından biri ilə qarşılaşa bilər.

Püşkatma mərasiminin Bakı vaxtı ilə saat 19:00-da başlaması nəzərdə tutulur.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

"AzPolitika.info"