Fransada keçirilən G7 Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Fransanın birinci xanımı Bricitt Makron arasında baş tutan maraqlı salamlaşma diqqət mərkəzinə düşüb.
Belə ki, Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı tərəfindən qarşılanan Donald Tramp əvvəlcə Makronla qısa salamlaşıb. Daha sonra isə Bricit Makronun əlini sıxan ABŞ prezidenti onun əlini gözləniləndən daha uzun müddət buraxmayaraq söhbəti davam etdirib.
Yayımlanan görüntülərdə Trampın birinci xanımın əlini iki əli ilə tutduğu, hətta onu bir qədər özünə doğru çəkərək söhbət etdiyi görünür. Həmin anlarda Emmanuel Makronun cütlüyün yanında dayanaraq onları izləməsi də diqqətdən yayınmayıb.
"AzPolitika.info"

Şərhlər