Rusiya müxalifətinin liderlərindən biri olan Aleksey Navalnıy ev dustaqlığı şərtlərinə riayət etməkdən imtina edib.
APA-nın məlumatına görə, bu barədə Aleksey Navalnı öz bloqunda yazıb.
Müvafiq məhkəmə hökmünün surətini 5 sutkadan çox gözlədiyini deyən A. Navalnı sənədin hələ də ona təqdim edilməməsinə etiraz olaraq ev dustaqlarının daşımalı olduğu “izləmə qolbağı”nı mətbəx bıçağı ilə kəsərək, şəklini bloqa yerləşdirib.

A. Navalnıy bununla da apellyasiya şikayəti vermək imkanlarının məhdudlaşdırıldığını qeyd edib: “Məndən soruşurlar ki, siz apellyasiya şikayətini artıq vermisinizmi? Apellyasiya məhkəməsi nə vaxtdır? Hələ heç bir apellyasiya şikayəti yoxdur, ola da bilməz. Nə qədər ki, hökm əlimizdə yoxdur, biz ondan şikayət edə bilmərik”.


Şərhlər