Məlum olduğu kimi, Rusiya paytaxtı növbəti PUA hücumuna məruz qalıb. 

“AzPolitika” xəbər verir ki, bu gün səhər Ukrayna PUA-larının Moskva şəhəri və Moskva vilayətinə hücumu zamanı zərər görən obyektlərdən biri də Moskvanın ən böyük ticarət mərkəzlərindən biri kimi tanınan “Sadovod” olub. Bu barədə Rsuiya mediası və “Telegram” kanallarında videogörüntülər yayımlanıb.

Media yazır ki, hücumu dəf etməyə çalışan hava hücumundan müdafiə və elektron mübarizə sistemlərinin işi nəticəsində PUA qalıqları “Sadovod” ərazisinə düşüb. Ərazidə yanğın başlayıb.

Azərbaycan və Rusiya mediasında dəfələrlə bu ticarət mərkəzinin əslən Azərbaycandan olan biznesmenlər - Qod Nisanova, Zarah İliyevə və Vladimir Putinin tələbə yoldaşı İlham Rəhimova aid olduğuna dair məlumatlar yayılıb.

“AzPolitika.info”