Yaxın Şərqdə gərginlik yenidən artıb. 

İran və ABŞ arasında əldə olunduğu bildirilən atəşkəs razılaşmasına baxmayaraq, İsrailin Livana endirdiyi zərbələrin davam etməsi bölgədə vəziyyəti daha da mürəkkəbləşdirib.

Məlumata görə, İsrail ordusunun Livan ərazisinə endirdiyi son hava zərbələri nəticəsində azı 16 nəfər həlak olub. Hücumların ardından Livandakı Hizbullah hərəkatı İsrail qüvvələrinə qarşı pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirib.

Bildirilir ki, Hizbullahın həyata keçirdiyi PUA hücumlarından biri zamanı 4 İsrail hərbçisi həlak olub. Ölənlərdən birinin tank batalyonunun komandiri olduğu bildirilib.

Məlumata görə, hərbçilər “Hizbullah”a məxsus kamikadze dronun İsrail ordusunun tankına çırpılması nəticəsində ölüb.

 Həmçinin gün ərzində baş verən digər hücum zamanı daha 5 İsrail əsgərinin ağır yaralandığı qeyd edilir.

"AzPolitika.info"