Moskva vilayətinin bir neçə rayonunda benzin qıtlığı yaranıb, qiymətlər artıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.

Sakinlər Moskva Neft Emalı Zavoduna dron hücumlarından sonra benzin çatışmazlığı, yanacaqdoldurma məntəqələrində növbələr və yanacaq növlərinin məhdudluğu barədə məlumat veriblər. 

Benzin daha kiçik və özəl stansiyalarda var, lakin qiymətlər adi vaxtdakından 25 faiz bahadır. “Rosneft” stansiyalarında yanacaq standart qiymətlərlə satılır, lakin bu stansiyalarda da böyük növbələr var.

Bir neçə böyük yanacaqdoldurma məntəqəsində standart AI-92 və AI-95 markalı benzinlər tükənib və onlar yalnız premium yanacaq satırlar.

“AzPolitika.info”