"Həqiqətən də, dron hücumları davam edir. Nəticələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Hər şeyə rəğmən, hava hücumundan müdafiə sistemləri yüksək göstəricilər verir”.

“AzPolitika” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Moskvaya son PUA hücumlarını jurnalistlər üçün şərh edərkən deyib.

Peskov Moskvaya hücumla bağlı ona sual verən “CNN” jurnalistinə daha çox Ukrayna şəhərlərindən görüntü axtarmağı məsləhət görüb: "Görüntülər təsirlidir(Ukraynada) və Silahlı Qüvvələrimizin zərbələrinin nəticələrini əks etdirir. Bu zərbələr davam edəcək".

Peskovun iddiasına görə, Kiyevin mövqeyi danışıqlara yönəlməyib: "Kiyev rejimi çox çətin vəziyyətdədir. Cəbhə xəttindəki vəziyyət tezliklə Ukrayna tərəfi üçün tamamilə fəlakətli hala gələcək".

O əlavə edib ki, Vladimir Putin "müntəzəm olaraq, gündə bir neçə dəfə və zərurət yarandıqda, günün və ya gecənin istənilən vaxtında" hücumlar barədə məlumatlar alır.

Kremlin sözçüsü Rusiya Prezidentinin hadisələrə niyə açıq şəkildə reaksiya vermədiyini açıqlamayıb.

Qeyd edək ki, dünən Moskvaya məlum hücumlar zamanı Putin Kazanda keçirilən Rusiya-ASEAN sammitində iştirak edib və çıxışı zamanı Moskvaya PUA hücumuna toxunmayıb.

“AzPolitika.info”