Futbol üzrə dünya çempionatında Türkiyə Paraqvay millisinə məğlub olub.
"AzPolitika" xəbər verir ki, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:1 hesabı ilə uduzublar.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
Paraqvayın heyətindən Migel Almiron 45+3-cü dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edir. Buna səbəb onun Mert Müldürlə danışarkən ağzını bağlaması olub. FIFA-nın yeni qaydalarına əsasən bu davranış qadağandır. Almiron bu zəmində qırmızı alan ilk futbolçu oldu.
Qeyd edək ki, qrupun digər oyununda ABŞ seçməsi Avstraliyaya 2:0 hesabı ilə qalib gəlib.
07:00. Türkiyə - Paraqvay - 0:1
Qol: Matias Qalarsa, 2
Qırmızı vərəqə: Migel Almeron, 45+3 (Paraqvay)
19 iyun
ABŞ - Avstraliya - 2:0


Şərhlər