Menu

Qurban Məmmədov İlham Əliyevə təşəkkür elədi

05.01.2015, 17:48
Qurban Məmmədov İlham Əliyevə təşəkkür elədi

Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sonuncu əfv sərəncamı ilə azadlığa buraxılan vəkil Qurban Məmmədov özünün facebook səhifəsində hüquqlarını qoruyan beynəlxalq təşkilatlara, jurnalistlərə, prezident İlham Əliyevə təşəkkür edib.

"Hörmətli prezident İlham Əliyevin əfv sərəncamı ilə haqqı pozulan bizlərin hüququnun, gec də olsa, bərpa edilməsini yüksək dəyərləndirir, "çox sağ ol" deyir və bu addımı milli barışıq, milli birlik istiqamətində atılan addım kimi qiymətləndirirəm" - deyə Q.Məmmədov səhifəsində yazıb.

Virtualaz.org xatırladır ki, Qurban Məmmədov Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol