Türkiyənin futbol üzrə milli komandasının ABŞ-də keçirilən Dünya Kubokundakı ikinci oyundakı gözlənilməz məğlubiyyəti azarkeşləri məyus etsə də, adı çəkilməyən bir treyderi xeyli qazandırıb.
Matçdan əvvəl müxtəlif bukmekerlər Türkiyənin qələbəsi üçün təxminən 2.0, Paraqvay üçün isə təxminən 3-3.5 əmsal təklif edirdilər.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, “Frostrizz” ləqəbli bir treyder Türkiyənin Paraqvayı məğlub edə bilməməsinə təxminən 4,2 milyon dollar mərc qoyub. Matç sonda Türkiyə komandasının 0-1 hesablı məğlubiyyəti ilə başa çatıb. Baxmayaraq ki, Türkiyə yığması bütün ikinci hissəni 10 nəfərə qarşı oynayıb.
Nəticədə, “Frostrizz” ləqəbli oyunçu Türkiyə ilə Paraqvay arasında 2026-cı il Dünya Kuboku qrup mərhələsinin ikinci tur matçından mərcə qoyduğu məbləğdən əlavə 7,88 milyon dollar uduş qazanıb. Bu barədə “Polymarket Sports” mərc platformasının X sosial media platformasındakı səhifəsində məlumat verilib.
“AzPolitika.info”

Şərhlər